25.05.2019 - 15:00
Dünya 3 baxış

Güclü külək Batumidə problemlər yaradıb

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində güclü külək fəsadlar törədib.

“Report”un yerli bürosu xəbər verir ki, güclü külək Ximşiaşvili küçəsində tikilməkdə olan binadan dəmir konstruksiyalar və tikinti materiallarının ətrafa dağılmasına səbəb olub.

Nəticədə yaxınlıqda olan 4 avtomobilə ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.

Qasırğalı külək Batumidə bir neçə ağacın aşmasına da səbəb olub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: