26.07.2022 - 13:51
Ölkə 2 baxış

Gömrüyün yeni sədri 76 yaşlı generalı işdən çıxardı - FOTO

Dövlət Gömrük Xidmətinin Baş Gömrük Mühafizə Xidmətinin rəisi təqaüdə göndərilib.

“Minval.info” Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, xidmətin rəisi, gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Ələkbərov İsmayıl Ağaqulu oğlu 6 avqust 1946-cı ildə Bakı şəhərində anadan olub. O, 12 dekabr 1996-cı ildən Dövlət Gömrük Komitəsi Kadrlar İdarəsində bölmə rəisi, 31 iyul 1997-ci ildən Tədris Mərkəzinin rəisi, 13 sentyabr 2013-cü ildən Gömrük Akademiyasının rəisi vəzifələrində çalışıb. 31 oktyabr 2018-ci ildə isə Komitənin Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: