“Geri addım atmayacağıq” - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 3-cü Parlament Rəhbərləri Konfransının açılışında çıxış edib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan “Sülh Çemşəsi Hərəkatı”ndan danışıb. O bildirib ki, geri addım atmayacaqlar:
“911 kilometr sərhədimiz olan və Suriya rejiminin belə qəbul etmədiyi YPG/PYD-yə qarşı atdığımız addımı qətiyyən dayandırmaycağıq. Kim nə deyirsə-desin, geri addım atmayacağıq. Terror yüz illiyin bəlasıdır. Bir çox problem terror qəlibi altında gizlənib. Türkiyə 35 ildir terrorla mübarizə aparır. Problemi mənbəyində həll etmək qərarı aldıq. Şimali İraq və Suriyada keçirdiyimiz əməliyyatlar əsla bu ölkələrin ərazi bütövlüyü və suverenlik haqlarını hədəfə almır.
Fəratın şərqini olduğu kimi, qərbini də terrorçulardan təmizləyib sərhədlərimizin təhlükəsizliyini təmin edəcək, suriyalıların öz evlərinə rahatlıqla qayıtmalarına şərait yaradacağıq. Yeganə məqsədimiz terrorçuları yox etməkdir.
Bütün dostlarımızdan bu əməliyyat üçün dəstək gözləyirik. Biz kürdlərlə deyil, terror təşkilatları ilə mübarizə aparırıq.
Biz Suriyaya onu parçalamağa, bölməyə deyil, orada yaşayanların hüquqlarını qorumaq üçün getmişik.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
Bizə sağdan-soldan əməliyyatları dayandırmağımız üçün təhdidlər edilir. Cənab Donald Trampa da, digərlərinə də əvvəlcədən dmeişdim ki, terrorçuları dayandırın, bacarırsınızsa. Amma eləmədilər. İndi də öz göbəyimizi özümüz kəsirik, geri addım atmayacağıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək