Gərginlik pik nöqtəsinə çatdı: ABŞ Rusiyaya görə Türkiyəni "vurdu"
Pentaqon rəhbəri türkiyəli həmkarına gözlənilməz məktub yazıb
Birləşmiş Ştatlar və Türkiyə arasında Rusiya istehsalı olan “S-400” zenit raket kompleksləri ilə bağlı gərginlik öz pik nöqtəsinə çatıb. Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, məsələ o yerə çatıb ki, Pentaqon rəhbəri Patrik Şanahan (Patrick Shanahan) “F-35” tipli yeni nəsil qırıcılarla bağlı Türkiyə Müdafiə naziri Hulusi Akara məktub göndərib.
Bununla da, ABŞ Türkiyənin “F-35” qırıcıları ilə proqramından çıxarılması yolunda ilk addımı atıb. Belə ki, Pentaqon rəhbəri Hulusi Akara yazdığı məktubda “F-35” tipli qırıcılarda təlim keçən türk pilotların 31 iyula qədər proqramdan ayrılacaqlarını və proqram çərçivəsində yeni təlim keçilməyəcəyini qeyd edib.
Məktubda, həmçinin qeyd olunur ki, Türkiyənin Rusiyadan “S-400” müdafiə sistemi almaqdan imtina etməməsi halında Türkiyənin “F-35” proqramından çıxarılmasına istiqamətlənəcək başqa addımların atılacağı da qeyd olunub.
Xatırladaq ki, mayın 23-də ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib ki, rəsmi Vaşinqton Ankaraya Rusiya istehsalı olan “S-400” zenit-raket komplekslərinin alındığı halda “ciddi mənfi nəticələrinin olacağı” barədə xəbərdarlıq edib.
O, əlavə edib ki, “S-400” zenit-raket komplekslərinin alınması Türkiyənin ABŞ və NATO ilə müdafiə sahəsində münasibətlərinə ciddi təsir edəcək.
Qeyd edək ki, mayın 22-də ABŞ-ın “CNBC” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb ki, Birləşmiş Ştatlar Türkiyəyə “S-400” zenit-raketləri ilə bağlı ultimatum verib. Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın “Patriot” raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni “F-35” proqramından çıxaracaq.
Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etməklə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda bu, NATO tərəfindən də “reaksiyaya” səbəb ola bilər.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident yeni icra başçılarını qəbul edib
İstanbulda şəxsi avtomobillərin hərəkətinə qadağa qoyuldu
Kamran 98 manatlıq filmini təqdim etdi - Fotolar + Video
Slovakiyada prezident seçkilərinin ilk turunun nəticələri açıqlanıb
ABŞ Suriyada nə vaxta qədər qalacaq? - Con Bolton açıqladı
Keçmiş nazir müavini yeni partiyasını yarıçılpaq şəkildə elan etdi - VİDEO
İranlı müğənni Mehdi Yarrahi ifa etdiyi mahnıya görə saxlanıldı