22.10.2020 - 13:35
Foto 1 baxış

Gəncə terroru olmasaydı... - Fotolar

Ermənilərin oktyabrın 17-də gecə radələrində Gəncəni atəşə tutması nəticəsində ortaya çıxan dəhşətli mənzərə fərqli formada təqdim olunub.

Karikatura ustası Elmail Qulami qətliam qurbanları və terrordan əziyyət çəkən vətəndaşların fotolarının illüstrasiyasını hazırlayıb.

Fotolarda dayısının qucağında torpağa tapşırılan 10 aylıq Narin, yuxuda olarkən öldürülən 1 yaşlı Mədinə, övladını deyil, onun fotosunu tapan çarəsiz ata,  5 ailə üzvünü itirən Teymur Əsgərov və yaxınının tabutu üzərində ah-nalə edən yaşlı xanım əks olunub.

Müəllif bununla bildirib ki, əgər Gəncə qətliamı olmasaydı, onların hər biri həyatına davam edəcəkdi…




Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: