Gəlini qaytarıb evə gətirdi, atışma başladı
Türkiyənin Diyarbekir vilayətinin Silvan mahalında üç ailənin iştirak etdiyi silahlı davada 6 nəfər ölüb, 8 nəfər yaralanıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Silvan mahalının Gökçetevək kənd sakini Enver Tekin Poyraz ailəsinə gəlin köçmüş qızı Gülşen Poyrazı ata evinə gətirib. Gülşənin ailə üzvləri də gəlini geri qaytarmaq üçün Enver Tekinin evinə gəliblər. İki ailə arasındakı mübahisə davaya çevrilib. Hər iki tərəf silaha əl atıb. Münaqişə zamanı Narin ailəsi Tekinlərə dəstək olmağa gəlib.
Silahlı insidentdə 22 yaşlı gənclər – Əziz Narin, Halise Narin, Gokhan Narin, Edib Oqraş və adının açıqlanmadığı daha bir nəfər ölüb. Cevat, Felak, Mevlut, Burak, Münevver, Cevat Narin, Tegmen Yapıcı və Fırat Tekin ağır yaralanıb. Yaralılar Silvan və Diyarbekir xəstəxanalarına aparılıblar. Son məlumata görə yaralılardan daha biri keçinib, ölənlərin sayı 6-ya çatıb.(Virtualaz.org)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək