Futbolçunun vəkili evində ölü tapıldı
Futbolçu Aleksandr Kokorinin hüquqlarını müdafiə edən vəkil Andrey Romaşov ölü halda tapılıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, vəkilin cəsədi Moskvaətrafındakı evində tapılıb. Romaşovun ürək problemi olduğu deyilir.
Qeyd edək ki, Romaşov eyni zamanda blogger Erik Kituaşvilinin vəkili olub.
Futbolçular Aleksandr Kokorinlə Pavel Mamayev ötən ilin oktyabrında Moskvada gecə klublarının birində iki davada iştirak ediblər. Onlar məmur Denis Pak, sürücü Vitali Solovçuk və “NAMİ”nin baş direktoru Sergey Qaysana xəsarət yetiriblər. Mayın 8-də keçirilən məhkəmədə Kokorin qardaşlarına 1 il 6 ay, digərlərinə 1 il 5 ay həbs cəzası verilmişdi. Kokorinlə Mamayev bu ayın əvvəlində şərti azadlığa buraxılıblar.
Erik Kituaşvili ilə sığorta dələduzluğuna görə 4 il 8 ay həbsə məhkum etsələr də, 2018-ci ilin dekabrında cinayət məsuliyyətindən azad edilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək