Futbolçu təcavüzdə ittiham olunur: Qadının içkisinə dərman atıb...
İngiltərədə təcavüz qalmaqalı yaşanıb.
Fanat.Az xəbər verir ki, İngiltərə Premyer Liqasında oynayan, adı açıqlanmayan futbolçulardan birinə qarşı təcavüz ittihamı irəli sürülüb. Gecə baş verən hadisə haqda polisə danışan qadın içkisinə dərman qatıldığından bir neçə nəfərin təcavüzünə məruz qaldığından şübhələndiyini açıqlayıb.
Qanuni əsasla adı gizli saxlanılan qadın Premyer Liqada forma geyən bir futbolçunun evinə getdiyini açıqlayıb. O, karantin günlərində təşkil olunan partiyə qatıldığını, cəmi iki badə alkoqollu içki qəbul etdiyini, ancaq səhər oyandığında heç nə xatırlamadığını söyləyib.
İçkisinə dərman qatıldığından şübhələnən qadın, səhər oyanarkən yataqda çılpaq olduğunu və ayaqlarında cızıqlar gördüyünü deyib. Bir futbolçu ilə dostunun da onun yanında yatdığını bildirən xanım gecə nələrin baş verdiyini soruşduqda “Gecə səninlə sevişdik” cavabını alıb. Evdən dərhal ayrıldığını bildirən zərərçəkən polisə gedərək Premyer Liqa futbolçusu və dostunun ona təcavüz etməsi ilə bağlı şikayət edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
5 İran kateri İngiltərəyə məxsus tankeri dayandırmaq istəyib
Səudiyyə qadınlarla bağlı bu qadağanı ləğv edəcək
Gürcüstanda prezident seçkilərində azərbaycanlı namizəd
Rusiya Paşinyana qarşı onu hazırlayır -
Üç dost öz ölümlərini lentə aldı – VİDEO
Pilotun uçuşa etirazı Məşhəd-İstanbul reysini təxirə salıb
Hindistanda Nipah virusunun geniş yayılması qeydə alınıb