Fuad Muradov: "Dağlıq Qarabağ münaqişəsi milli birliyimizin daha da möhkəmləndirilməsini zəruri edir"
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dünya azərbaycanlılarını təbrik edib.
Təbrikdə deyilir:
“Dəyərli həmvətənlər, əziz dostlar!
Milli birlik və doğma vətənə bağlılığı təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm.
Ermənistanın təcavüzkar siyasəti nəticəsində hələ də həllini tapmamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hamımızı narahat edən taleyüklü problem olaraq milli birliyimizin daha da möhkəmləndirilməsini zəruri edir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, mədəniyyətimizin təbliği, milli birliyin möhkəm və davamlı olması naminə harada yaşamasından asılı olmayaraq hər bir soydaşımızın, diaspor təşkilatının üzərinə mühüm vəzifələr düşür.
2019-ci il ərzində Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması, milli-mədəni irsin təbliği, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, azərbaycançılıq ideologiyasının inkişafı istiqamətlərində 524 layihə və tədbir həyata keçirilmişdir.
Bu il daha 7 Koordinasiya Şurası təsis edilib. Beləliklə, hazırda 29 ölkəni təmsil edən ümumilikdə 11 Koordinasiya Şuraları fəaliyyət göstərir. Dövlət tərəfindən diaspor fəaliyyətinin dəstəklənməsi üçün “Diaspor fəaliyyətində xidmətə görə” medalı təsis edilib, 4 ölkədə “Qarabağ” adlı Azərbaycan məktəbi fəaliyyətə başlayıb.
2019-cu ildə Almaniya, Macarıstan, İspaniya, İtaliya, Belçika, Polşa, Ukrayna, Gürcüstan və Türkiyədə Azərbaycan evləri yaradılaraq soydaşlarımızın istifadəsinə verilib. Azərbaycan Diasporuna Dəstək Fondun müəyyən etdiyi prioritet istiqamətlər üzrə 37 diaspor təşkilatının və 17 diaspor üzvünün layihəsi maliyyələşdirilmişdir.
Diaspor işinin təkmilləşdirilməsi və gücləndirilməsi məqsədilə hazırlanmış Yol Xəritəsi, eləcə də diaspor təşkilatları və üzvləri ilə görüşlər zamanı müəyyənləşdirilmiş istiqamətlər üzrə fəaliyyətlər davam etdiriləcəkdir.
ƏLAQƏLİ
Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib
Əziz həmvətənlər, bir daha hər birinizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edir, yeni ildə sizə və ailələrinizə can sağlığı, xoşbəxtlik, doğma Azərbaycanımızın inkişafı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı