Fransanın idman nazirindən Türkiyə millisinin cəzalandırılması tələbi
Fransanın idman naziri Roksana Marasinyanyu Türkiyə millisinin cəzalandırılmasını istəyir.
Qol.az-ın məlumatına görə, bu barədə o, özünün “Tvitter” hesabında yazıb. R.Marasinyanyu UEFA-dan Türkiyə yığmasının futbolçularının Fransa ilə matçda qol sevincini əsgər salamı ilə qeyd etdiyi üçün cəza verilməsini tələb edib:
“Fransa Futbol Federasiyasına və polisə matç zamanı təhlükəsizliyi təmin etdiyi üçün təşəkkür edirəm. Türk futbolçular bu səyləri korladılar. Onların əsgər salamı idmanın ruhuna ziddir. Mən UEFA-dan sanksiyaları tətbiq etməyi tələb edirəm”.
Qeyd edək ki, Albaniya ilə görüşdə də Türkiyə millisinin futbolçuları əsgər salamı verdikləri üçün yığmanın cəzalandırıla biləcəyi xəbərləri yayılmışdı, amma bu iddialar sonradan təkzib olunmuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı