Fransada uşaqlara bu adı qoymaq qadağan edildi
Fransanın Dijon şəhərində yeni doğulan körpələrə “Cihad” adının qoyulması qadağan edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar həmin adda olan körpələrə qarşı cəmiyyət tərəfindən neqativ reaksiya göstəriləcəyi ehtimalından irəli sürülüb. Şəhr prokurorunun sözlərinə görə, burada məqsəd uşaqların maraqlarını qorumaqdır:
“Məhkəmə bu adı qəbul etməyəcək. Çünki düşünürük ki, bu ad uşaq üçün zərərli ola bilər və ona problem yaradar”.
Bunun əvəzində isə valideynlərə “Cahid” adını seçmək tövsiyə olunub. Bu ad “Cihad”dan fərqli olaraq müharibə ilə bağlı deyil, cəsarət və gücü simvolizə edir.
Qeyd edək ki, “Cihad” adının qadağan edilməsi ilə bağlı məhkəmə prosesi 2018-ci ildə Dijon merinin müraciəti əsasında başladılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək