Fransada şagirdlərin təhsil etirazı böyüyür: Müəllimlər və valideynlər də iştirak edir
Fransada təhsil şəraitinə qarşı etiraz edən lisey şagirdlərinin aksiyaları genişlənməkdədir. Artıq iki həftədir davam edən etirazlara bu dəfə müəllimlər, valideynlər və həmkarlar ittifaqları da qoşulub.
Minval.info xəbər verir ki, bu barədə yerli media orqanları məlumat yayıb. Müəllim və işçi çatışmazlığına qarşı keçirilən nümayişlərdə təhsilə daha çox vəsait ayrılması tələb olunur. Paris, Lion, Marsel və Nant kimi şəhərlərdə aksiyalar təşkil edilib.
Şagird təşkilatlarının bildirdiyinə görə, ölkə üzrə təxminən 1800 liseyin girişində blokadalar yaradılıb və məktəblərin fəaliyyəti müvəqqəti dayandırılıb. Bu etirazlar zamanı polis müdaxilələri də ciddi müzakirələrə səbəb olub.
Lans şəhərində keçirilən aksiyada 15 yaşlı bir şagird polisin istifadə etdiyi qumbaranın partlaması nəticəsində ağır yaralanıb və əlini itirib. Digər bir şagirdin isə görmə qabiliyyətini itirdiyi bildirilib. Hadisələrlə bağlı araşdırma başladılıb.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 28-dən etibarən 6059 nəfər saxlanılıb. Ədliyyə Nazirliyi isə 5060 nəfərin gözaltına alındığını və onların 4406-nın yetkinlik yaşına çatmayan şəxslər olduğunu açıqlayıb. Həmçinin, 215 şagird, 85 təhsil işçisi və 715 polisin yaralandığı qeyd olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İsrailin səfiri Zarka: Fransada antisemitizm ciddi problemə çevrilib
Haitidə seçkilər siyasi qeyri-sabitlik səbəbindən təxirə salındı
7 oktyabr tarixinin gələcək nəsillərə təsiri
ABŞ Rusiyada veba təhlükəsi ilə bağlı xəbərdarlıq etdi
Husilərin Riyada balistik raket hücumu və Aden hava limanında təxliyə
Yəməndə Husilərin Aden hava limanına hücumu gərginlik yaradıb