İsrailin Qəzzədəki klinikaya hücumu: Sərhəd Tanımayan Həkimlər hədəf alındı
İsrail ordusu Qəzzə zolağında səhiyyə müəssisələrinə hücumlarını davam etdirir. Sərhəd Tanımayan Həkimlər (MSF) təşkilatının açıqlamasına görə, İsrail ordusu Qəzzədə onların klinikasının qarşısına gecə saatlarında hücum edib, nəticədə iki təhlükəsizlik əməkdaşı həyatını itirib.
Minval.info xəbər verir ki, təşkilatın açıqlamasında “Təsisatlarımıza MSF loqoları açıq şəkildə yerləşdirilmişdi və koordinatlarımız İsrail ordusuna bildirilmişdi. Bu hücumun hesabı sorulmalıdır” ifadələri yer alıb. Bu hücumla birlikdə Qəzzədə öldürülən MSF əməkdaşlarının sayı 17-yə yüksəlib.
Dünya Səhiyyə Təşkilatının (DST) Baş katibi Tedros Adhanom Qebreyesus hücumu “skandal və qəbul edilməz” adlandırıb. O, “Başkalarına kömək etmək üçün həyatlarını təhlükəyə atanlar qorunmalı, hücuma məruz qalmamalıdırlar” deyə vurğulayıb.
ƏLAQƏLİ
Argentina Falkland Adaları yaxınlığında neft qazma layihəsinə qarşı çıxdı
Euro-Med İnsan Haqları İzləmə Təşkilatı da “açıq şəkildə işarələnmiş” MSF klinikasına edilən hücumu qınayıb və İsraili humanitar yardım personalı və təsisatlarını sistematik olaraq hədəf almaqda ittiham edib.
İsrail ordusu hücumu təsdiqləyib, lakin MSF-nin iki əməkdaşının “humanitar yardım işçisi qiyafəsində Həmas üzvü” olduğunu iddia edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Argentina Falkland Adaları yaxınlığında neft qazma layihəsinə qarşı çıxdı
Daşkəsəndə yeni tədris mərkəzi fəaliyyətə başladı
Rusiya və Ukrayna arasında dron hücumları: azı 16 yaralı var
Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı
OpenAI ilə Apple arasında məxfi məlumat mübahisəsi böyüyür