Əfqanıstanda 9 ayda hər gün 9-dək uşaq ölüb
İllərdir daxili müharibələrin meydanına çevrilən və quraqlığın hökm sürdüyü Əfqanıstan uşaqlar üçün dünyanın ən təhlükəli ölkələrindən biri olmağa davam edir.
BMT-nin Uşaqlara Yardım Fondu (UNİCEF) Əfqanıstanda 2019-cu ilin 9 ayında ölən uşaqların sayını açıqlayıb. Məlumata görə, hər gün orta hesabla 9 azyaşlı dünyasını dəyişib və ya əlil olub. Yanvar-sentyabr aralığında ölən və əlil qalan uşaqların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11% artıb. Azyaşlılar daha çox Kabil, Qəndəhar, Paktiya, Helman və Nanqarhar şəhərlərində dünyasını dəyişib.
Həmçinin, qeyd edilir ki, Əfqanıstanda 2 milyon uşaq aclıq səbəbindən və ya sağlam qidalana bilmədiklərindən müxtəlif xəstəliklərlə mübarizə aparırlar. Xeyli sayda azyaşlı psixoloji problemlərdən əziyyət çəkir.
Qafqzinfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır