Formula 1-in Azərbaycan Qran-prisi təxirə salındı
Formula 1-in Azərbaycan Qran-prisi təxirə salınıb.
Minval.info xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhər Halqası yayıb. Bu qərar Formula 1 rəhbərliyi, Beynəlxalq Avtomobil Federasiyası (FİA) və Azərbaycan hökuməti tərəfindən aparılmış birgə müzakirələr nəticəsində COVİD-19 virusunun geniş yayılması səbəbindən qəbul olunub.
Məlumatda bildirlir ki, Formula 1 rəhbərliyi FİA və Azərbaycan höküməti ilə birlikdə Formula 1 Azərbaycan Qran-prisinin 2020-ci il yarış cədvəlindəki yeni tarixini tezliklə dəqiqləşdirib bu haqda ictimaiyyəti məlumatla verəcək.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-prisi 2020 yarışı üçün indiyədək alınmış biletlər keçərli sayılır və əldə olunan bütün hüquqlar yarışın yeni tarixinə olduğu kimi köçürülür. Yarışın yeni tarixi müəyyənləşəndən sonra bu günə qədər həm əməliyyat şirkətinin rəsmi vebsaytından, həm də digər kanallar vasitəsilə bilet alanlara yeni seçimlər barədə ətraflı məlumat veriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Biləsuvarda suya görə yolu kəsənlərə 15 sutka cəza verildi
Mourinyo "Şkendiya" ilə matçda qapıları niyə dəyişdirib?
Xəzər dənizində tanker partladı: ölənlər var
Bakıda məhkəmə sədrinin ailəsində faciə
Onlar 2022-ci ilin ən yaxşı mətbuat katibi seçildi – MARAQLI SORĞU