Filippin prezidenti yenə gündəmdə - “Homoseksual olmuşam”
Qalmaqallı hərəkətləri ilə tanınan Filippin prezidenti Rodriqo Duterte bu dəfə açıqlaması ilə səs-küy yaradıb.
“Qafqazinfo” xəbər verir ki, Duterte bir vaxtlar homoseksual olduğunu, daha sonra isə müalicə ilə sağaldığını etiraf edib. Prezident keçmişini siyasi rəqibi, senator Antonio Trilyanesunun cinsi orientasiyası ilə bağlı danışarkən xatırlayıb. O deyib ki, 2000-ci ildə boşandığı Elizabet Tsimmerlə evliykən homoseksual olub. Quterto bundan hazırkı sevgilisi Hanilet Avançenyu ilə tanışlıqdan sonra sağaldığını bildirib:
“Mən yenidən kişi oldum. Məni gözəl qadınlar sağaltdı. Yaraşıqlı kişilərə nifrət etməyə başladım. İndi gözəl qadınlara üstünlük verirəm”.
Qeyd edək ki, Duterte bir il əvvəl Cənubi Koreyada evli bir qadını dodağından öpməklə qalmaqala səbəb olmuşdu. Bundan başqa o, 2018-ci ilin fevralında əsgərlərə əxlaqsızlıqla məşğul olan qadınları yararsız hala salmaq üçün cinsiyyət orqanlarına atəş açmağı tapşırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək