Filipp Kirkorov və uşaqlarının olduğu təyyarədə həyəcan yaşandı
Rusiyanın pop kralı, müğənni Filipp Kirkorovun uşaqları ilə birgə uçduğu təyyarə Moskvanın “Domodedovo” hava limanına qəza enişi edib.
S7 şirkətinə məxsus təyyarədə Varna şəhərindən Moskvaya uçan sənətçi tərəfindən bu uçus heç zaman unudulmayacaq.
Enməyə hazırlaşan təyyarənin təkərləri eniş zolağına bərk dəyib, o yenidən havaya qalxaraq ikinci dəfə dövrə vurub.
Təyyarənin sərnişinləri qorxduqları üçün qışqırmağa başlayıblar. İkinci cəhddə, ekipaj üzvləri peşəkarlıq nümayiş etdirərək, müvəffəqiyyətlə təyyarəni yerə endirə biliblər.
Kirkorovun yaxınlığında əyləşən sərnişinlərdən biri hadisənin detallarını bu cür şərh edib :
“Təyyarə yerə güclü zərbə ilə endi. İnsanlar qışqırmağa, ağlamağa, dua etməyə başladılar. Hamımız çox böyük sarsıntı keçirtdik. Bizə hadisə ilə bağlı heç bir şey izah etmədilər. Hər şeyin qaydasında olduğunu elan etdilər. Filipp özü də şokda idi və əvvəllər belə bir şeyin onun başına gəlmədiyini söylədi. Xoşbəxtlikdən müğənninin uşaqları baş verən olaydan bixəbər olduqları üçün qorxmamışdılar”.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Koronavirusun sürəti artdı
Ramzan Kadırov koronavirusa yoluxub
Putin Türkiyəyə nə vaxt səfər edəcək?
Həyəcan siqnalı: "Ebola" qayıdır
ABŞ mətbuatından təəccüblü iddia: Corc Buşa sui-qəsd hazırlanıb?
İran Amerika casusunu edam edib
Tbilisidə yenidən etiraz aksiyası başlayıb