11.03.2019 - 08:35
FİFA Qətərdən rüşvət almaqda ittiham olunur
İdman 54 baxış

FİFA Qətərdən rüşvət almaqda ittiham olunur

FİFA Qətərdən rüşvət almaqda ittiham olunurBritaniyanın “The Times” qəzeti öz səhifələrində Qətərlə FİFA arasında baş tutan razılaşmaları əks etdirən sənədləri dərc edib.

ONA-nın “Lenta.ru”ya istinadən yaydığı xəbərə görə, razılaşmaların ümumi dəyəri 880 milyon dollar dəyərindədir və bunun rüşvət xarakterli olması ehtimalı var.

“DÇ-2022″nin ev sahibliyinin müəyyənləşdiyi səsvermədən 3 həftə öncə “Əl-Cəzirə” telekanalı FİFA ilə $400 mln dəyərində müqavilə imzalayıb.

Müqaviləyə görə, Qətər səsvermədə qalib gələcəyi təqdirdə, FİFA-ya daha $100 mln ödəniləcəkmiş.

Daha $480 mln dəyərində müqavilə isə Qətər şeyxinə məxsus “beİN” şirkəti ilə imzalanıb.

Qeyd edək ki, 3 il bundan qabaq FİFA-da korrupsiya faktlarına dair aparılan istintaq heç bir nəticə verməyib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: