FİFA Azərbaycan yığmasını reytinq cədvəlindən kənarlaşdırıb
FİFA qadın futbolçulardan ibarət milli komandaların reytinq siyahısını açıqlayıb.
ONA-nın məlumatına görə, cədvəldə dünyanın 155 yığması yer alıb.
Komandaların ümumi sayında yeni rekord qeydə alınsa da, Azərbaycan millisi bu siyahıya daxil edilməyib. Adətən üç aydan bir açıqlanan reytinqin 2018-ci ilin dekabrındakı cədvəlində 1360 xalla 69-cu olan Azərbaycan millisi mövqeyini tamamilə itirib.
FİFA son dövrlərdə az sayda oyun keçirən yığmamızı uzun müddət fəal olmadığı üçün siyahıdan kənarlaşdırıb. Komandamız kimi Mavriki də uzun müddət fəal olmadığı üçün eyni aqibətlə üzləşib.
FİFA-nın reytinq cədvəlinə ABŞ millisi başçılıq edir – 2101 xal. Almaniya 2072 xalla ikinci, 2049 xala malik İngiltərə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, növbəti reytinq siyahısı iyulun 12-də açıqlanacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı