26.03.2019 - 16:31
Vacib
26 baxış
FHN-in rəisindən “Diqlas” rəhbərliyinə ağır ittiham
“Ticarət mərkəzində heç bir nizamlı iş olmayıb. Binada daxili yanğınsöndürmə sistemləri yoxdur, ərazidə su çatışmır”.
Minval.info “Report”a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov deyib.
O bildirib ki, hazırda yanğının səbəbləri araşdırılır. Bu barədə məlumat veriləcək.
Ə.Novruzovun sözlərinə görə, yanğın təxminən 2 hektara yaxın ərazini əhatə edib. Hadisə nəticəsində 4 mərtəbəli “Diqlas” Ticarət Mərkəzi ilə yanaşı ətrafda olan obyektlər də yanıb:
“Obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl olunmayıb. Ona görə də yanğın geniş yayılıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
26.07.2026 - 15:24
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
06.02.2026 - 14:54
Ukraynada korrupsiya qalmaqalı böyüyür
19.11.2025 - 17:17
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
19.11.2025 - 16:38
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
19.11.2025 - 15:12
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
19.11.2025 - 15:05