Fazil Mustafa: “Parlament, güman ki, büdcə qəbul olunandan sonra buraxılacaq”
“Fərqli bir situasiya yaranıb və belə qərar verilib”
Deputat, parlament partiyalarından birinin – Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa növbədənkənar parlament seçkiləri ilə bağlı yaranmış yeni situasiya barədə “Yeni Müsavat”ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
– Fazil bəy, növbədənkənar seçki qərarının veriləcəyindən məlumatınız var idi?
ƏLAQƏLİ
Putin Britaniyanı hədələdi: "Ukraynadakı bütün hərbi obyektlər qanuni hədəfimizdir"
– Məlumatsız idim.
– Yəni siz də bir çoxları kimi şoka düşdünüz?
– Yox. Vallah, məndə Azərbaycanla bağlı heç bir qərar şok effekti yaratmır. Çünki elə bir bölgədəyik ki, hər bir qərara hazır olmalıyıq. Sabah müharibə ola bilər, deməyəcəyik ki, şoka düşdük. 20 ildir anons edilir ki, hər an təhlükə ola bilər. Ona görə də biz həm siyasi partiya olaraq seçkiyə, həm də əsgər olaraq müharibəyə hazırıq!
– Məsələnin konstitusion tərəfi barədə hüquqşünas olaraq nə deyə bilərsiniz?
– Bu qərar Konstitusiyaya uyğundur. Prezident parlamenti Baş nazirin təsdiq olunmaması halında, Mərkəzi Bankın İdarə Heyəti formalaşmayanda və parlamentin 83 nəfərdən və ondan az tərkibi olduqda, artıq parlamentin fəaliyyətinə xitam verilə bilər. Yəqin ki, bu variant olacaq və parlament seçkiləri elan olunandan sonra iki ay müddətində keçiriləcək. İndiki halda Konstitusiyanın heç bir maddəsi pozulmur. YAP parlamenti buraxmır, üzvlərinə çağırış edir, onlar da fərdi olaraq ərizə yazırlar, istefa verirlər.
-Fazil bəy, bundan əvvəl YAP rəhbərliyində olan səlahiyyətli şəxslər dəfələrlə bildirmişdilər ki, növbədənkənar parlament seçkilərinin keçirilməsinə əsas yoxdur. Sizcə, bu qərarın verilməsi zərurəti haradan qaynaqlandı?
ƏLAQƏLİ
"Məkkə Alyansı" NATO-ya üstünlük qurmaq imkanı qazanır: Qlobal qüvvələr nisbəti artıq darmadağın olmağa başlayıb
– Bir sıra hallarda əvvəldən bildirilənlər sonradan qərarla dəyişilir. Ona görə də bu mənada siyasətçilərə hər zaman ehtiyatla yanaşmaq lazımdır. O vaxt elə açıqlama verilmişdi. Situasiya dəyişdi. Fərqli bir situasiya yaranıb və belə qərar verilib.
– Növbədənkənar parlament seçkilərinə gedilməsi üçün referendum tələbi barədə də danışılırdı…
– Yox, yeni bir referendumun keçirilməsinə ehtiyac yoxdur. Ola bilsin, doğru anlaşılmayıb. Əgər burada parlamentin say tərkibi yetərli deyilsə, avtomatik olaraq onun fəaliyyətinə xitam verilir və buraxılır. Yəni tam qanuni əsaslarla qəbul olunan qərar olacaq.
– Parlament seçkilərinin gündəmə gəlməsi ilə bələdiyyə seçkiləri yenə arxa plana keçdi, eləmi?
– Bələdiyyə seçkiləri tam fərqli platformadır, parlament seçkiləri bir başqa. İki fərqli platformadan söhbət gedir.
– Artıq parlament seçkilərinə start vermişiniz?
ƏLAQƏLİ
Putin Britaniyanı hədələdi: "Ukraynadakı bütün hərbi obyektlər qanuni hədəfimizdir"
– Yox. Hələ qərar verilsin. Onsuz da bələdiyyələrlə bağlı bizim seçki qərargahımız çalışır. Onun işini gücləndirib parlament seçkilərinə yönəldəcəyik.
– Deməli, parlamentin sabahkı (29 noyabrda-E.P.) plenar iclası sonuncu olacaq, eləmi?
– Yox, ola bilsin sabah sonuncu olmasın. Çünki biz büdcəni 3-cü oxunuşda qəbul etməliyik. Büdcə qəbul olunandan sonra çox güman ki, buraxılacaq. Büdcəni yarımçıq qoya bilmərik axı.
– Yeri gəlmişkən, parlament Ombudsmanı da seçməlidir…
– Seçkini Ombudsmansız keçirmək olar, amma büdcəsiz keçirmək olmaz.
– Seçki nə vaxt keçirilə bilər?
ƏLAQƏLİ
"Məkkə Alyansı" NATO-ya üstünlük qurmaq imkanı qazanır: Qlobal qüvvələr nisbəti artıq darmadağın olmağa başlayıb
– İki ay müddətdən söhbət gedir. Məsələn, əgər seçki dekabrın əvvəlində təyin edilirsə, iki ay müddətində keçirilməlidir. Çox güman ki, fevralın əvvəlində, yaxud ortalarında seçki keçirilə bilər.
– Azərbaycanda bu, bir ilkdir…
– Dünyada belə hallar çox olub. Hər halda dünya ilə ayaqlaşmaq lazımdır.
– Tərkiblə bağlı gözləntiniz nədən ibarətdir?
– Bu barədə heç nə deyə bilmərəm. Çünki bunu xalq müəyyən edir. Seçici müəyyən edəcək ki, kim seçilir, kim yox. Biz tərkibi indidən söyləyə bilmərik axı…
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"
Kreml Türkiyə-Ermənistan sərhədinin açılmasını istəyir
İlham Əliyev Putinlə ayaqüstü görüşdü - FOTOLAR
Rusiyada yeni səfərbərlik şayiələri təkzib edildi
İran ABŞ-yə qarşı hərbi cavab verəcək!