Zelenski Fransayla “tarixi razılaşma”nı elan etdi
Ukrayna Prezidenti Volodimir Zelenskiy Fransiya ilə Ukrayna aviasiyasının gücləndirilməsi üzrə “tarixi razılaşma”nın bağlanacağını açıqlayıb.
Minval.info xəbər verir ki, razılaşmanın bazar ertəsi günü imzalanması planlaşdırılır.
Zelenskiy səhər müraciətində bildirib: “Tarixi razılaşmanı Fransiya ilə də hazırlamışıq. Aviasiyamızın, hava müdafiəmizin və digər hərbi imkanlarımızın ciddi şəkildə gücləndirilməsi nəzərdə tutulub. Bu, səfərin qrafikinə görə bazar ertəsi olacaq. Səfərin məzmunu yaxşıdır, bu, Ukraynanın müdafiəsini gücləndirməyə və məqsədlərimizə çatmağa kömək edir.”
Prezident həmçinin vurğulayıb ki, çərşənbə günü onun İspaniyaya “nəticəli səfəri” baş tutacaq, bu səfər uzun müddətdir hazırlanır. Zelenskiy bildirib: “Daha bir güclü ölkə bizim tərəfdaşlara və təşəbbüslərə qoşulub, bu da Ukraynaya real dəstək verir. Bugünkü əsas hədəflərimiz hava hücumundan müdafiə sistemi və raketlərdir. Hər rus hücumu sonrası biz qüvvələrimizi bərpa edirik. Bu asan deyil, amma bunu edirik.”
Bundan əlavə, Zelenskiy artıq “qaz idxalının maliyyələşdirilməsi üzrə razılaşmaların” mövcud olduğunu açıqlayıb. Bu razılaşmalar təxminən 2 milyard avro dəyərində qaz idxalını təmin edərək rus hücumları səbəbindən itirilmiş daxili hasilatı kompensasiya etməyə imkan verəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml Türkiyə-Ermənistan sərhədinin açılmasını istəyir
İlham Əliyev Putinlə ayaqüstü görüşdü - FOTOLAR
Rusiyada yeni səfərbərlik şayiələri təkzib edildi
İran ABŞ-yə qarşı hərbi cavab verəcək!
Aİ Yunanıstan və İspaniyaya təzyiq göstərəcək
İslandiya Aİ-yə yox dedi: Kitlər qalib gəldi
Məleykə Abbaszadə vəzifədən gedir? Ekspert danışdı