Fazil Məmmədovun bahalı avtomobilləri əlindən alındı
Sabiq vergilər naziri Fazil Məmmədovun tabeliyində olan 4 ədəd bahalı xarici avtomobil Vergilər Nazirliyinə qaytarılıb.
Həmin maşınlar Fazil Məmmədovun nazirliyə rəhbərlik etdiyi dövrdə şəxsi avtomobillər kimi alınıb. Və daha sonra nazirliyin vəzifəli şəxslərinin istifadəsinə verilib.
Maraqlıdır ki, qeyri-rəsmi olaraq həyata keçirilən bu proses müddətində əsasən nazir müavinlərinin istifadəsində olan həmin “Audi A 8” markalı avtomobillərə görə eks-nazirə yüksək məbləğdə icarə haqqı da ödənilirmiş. Təbii ki, həmin vəsait Vergilər Nazirliyinin büdcəsindən silinib.
Nazir müavinlərinin istifadəsində olmuş və Fazil Məmmədovun şəxsi maşınları kimi rəsmiləşdirilımiş “Audi A 8” markalı 10 AS 712, 10 AS 713, 10 AS 714 və 10 AZ 890 dövlət seriya nömrəli avtomobillər hazırda Vergilər Nazirliyinin adına sənədləşdirilir.
Nazirlikdə kadr dəyişikliklərinin də davam edəcəyi bildirilir… Modern.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Savaşçı”da Naxçıvanla bağlı təhrif olduğu üçün 3 nəfər qovuldu
Payızda “Evdə qal” karantini olmayacaq
Qəzada ölən dünya çempionunun sevgilisindən ürək parçalayan sözlər - FOTOLAR
İki uşaq anasının dəm qazından ölmədiyi məlum oldu - Yeni faktlar
DTX icra başçısının həbsinin videosunu yaydı - VİDEO
Oqtay Gülalıyevin qəsdən vurulması iddiaları təsdiqini tapmadı - Rəsmi