Fatih Terimin qızı hərəkəti ilə gündəm oldu – Paltarı ilə dənizə atıldı
Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terimin qızı Merve Terim humanist addımı ilə sosial şəbəkələrdə böyük rəğbət qazanıb.
Minval.info xəbər verir ki, hadisə gecə saatlarında çimərlikdə baş verib. Şam yeməyi zamanı yaxınlıqda oynayan azyaşlının topu dənizə düşüb. Topunun suya düşdüyünü görən uşaq göz yaşlarını saxlaya bilməyib.
Bunu görən Merve Terim tərəddüd etmədən paltarını dəyişmədən dənizə girərək topu sudan çıxarıb və balaca sahibinə qaytarıb.
Ətrafdakıların alqışına səbəb olan həmin anları Merve Terim sosial media hesabında da paylaşıb.
Onun bu davranışı sosial şəbəkə istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb. İzləyicilər uşağın sevincini hər şeydən üstün tutan Merve Terim haqqında çoxsaylı müsbət rəylər paylaşıblar.
SOSİAL MEDİA MƏZMUNU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır