"Faşihələrlə yatır, məni döyür, uşağımı öldürüb" - ŞOK İTTİHAM
Argentinalı əfsanəvi futbolçu Klaudio Kaniccanın həyat yoldaşı Mariana Nannis şok açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, “Telefe” adlı televiziya proqramında Suzana Ximenesin qonağı olan 52 yaşlı keçmiş model 1988-ci ildən evli olduğu veteran futbolçunun narkotikə qurşandığını və onu döydüyünü bildirib. O, əri ilə bağlı polisə şikayət etdiyini açıqlayıb:
“Klaudio indi narkoman bir fahişə ilə yaşayır. Özü də narkotikdən istifadə edir. İkisi də sonda həbsxanaya düşəcək. Artıq mən onun yaşadığı yerə gedə bilmərəm. Bununla bağlı vəkillərimlə danışacam. Onunla 33 ilimi keçirmişəm. Məni 2,5 aylıq hamilə olduğum zaman maşının önünə itələmişdi. Bunun səhəri günü masaj etdirərkən ayaqlarımın qan içində olduğunu gördüm. Xəstəxanaya getdim və Klaudioya zəng edəndə “Özünü yazıq kimi göstərməyi sevən fahişələrdən birisən” dedi. O mənim uşağımı öldürdü”.
Klaudio Kanicca isə iddiaları şəxsi “Instagram” hesabından təkzib edib: “Mariananı təcili psixiatr yanına aparmaq lazımdı. Çünki indi onun ağlı başında deyil. Bunu təkcə özüm üçün yox, uşaqlarım və onun çılğınlıqlarından əziyyət çəkən insanlar üçün edəcəm. Belə olmasını istəməzdim, amma bu artıq mənim vəzifəmdir. İllərdi ağıla gəlməyən hərəkətlər edir”.
Qeyd edək ki, Klaudio Kanicca karyerası ərzində Argentinanın “River Pleyt”, “Boka Xuniros”, İtaliyanın “Verona”, “Atalanta”, “Roma”, “Atalanta”, Portuqaliyanın “Benfika”, “Şotlandiyanın “Dandi”, “Reyncers”, Qətərin “Qatar SC” və İngiltərənin “Uembli” klublarında çıxış edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ