Fətullah Gülənə görə mühakimə olunan aktyora həbs cəzası verildi
Türkiyəli komediya ustası Atalay Demirci 5 il həbs cəzasına məhkum edilib.
“Minval.info” xəbər verir ki, haqqında “terror təşkilatına üzv olmaq” cinayəti üzrə ittiham irəli sürülən aktyor iddia ilə razılaşmayıb. O, FETÖ-çülükdə ittiham olunan Enes Kanter və Hakan Şükürlə yazışsa da, heç bir terror bağlantısının olmadığını bildirib. Aktyor onlarla əlaqəsi olduğunu özü etiraf etsə də, bu, onu həbsdən xilas etməyib. Demirci bəraətini tələb etsə də, məhkəmə qərarını dəyişməyib.
Qeyd edək ki, Fətullah Gülən və onun tərafdaları Türkiyədə FETÖ (FƏTT), yəni “Fethullahçı Terör Örgütü” adlandırılır. Gülənçiləri Türkiyə, iki ərəb təşkilatı və 2019-cu ildən etibarən Pakistan terror təşkilatı kimi tanıyır.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərdən Səudiyyə Ərəbistanının Aramco şirkətinə hücum
32 azərbaycanlı Almaniyadan geri qaytarıldı
Ukrayn zərbələri Yandeksin data mərkəzlərinə zərbə vurub
Səudiyyə Ərəbistanı Husi hücumları səbəbindən uçuşları dayandırır
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində itkilər