Fərman bağlanan banklara da aiddirmi? - CAVAB
Mərkəzi Bankın icraçı direktoru Rəşad Orucov bağlanmış banklardan dollar krediti götürənlərlə bağlı məsələyə aydınlıq gətirib.
“Minval.info”nun verdiyi xəbərə görə, o, qeyd edib ki, bu məsələ də fərmanda nəzərdə tutulub:
“Həm fəaliyyətdə olan bankların, bank olmayan kredit təşkilatlarının, o cümlədən ləğvetmə prosesində olan bankların müştəriləri də əhatə olunub. Vətəndaşın xarici valyutada olan borcu ləğvetmə prosesində olan bankdadırsa, istənilən halda kompensasiyasını alacaq. Həmin kompensasiya öncə ləğvetmə prosesində olan banka qalan borcunun əhəmiyyətli dərəcədə azaldılmasına yönələcək. Əmanətlərin Sığortalanması Fonduna tövsiyə olunacaq ki, ləğvetmə prosesində olan bankların müştərilərinin borclarının ödənilməsinin müddətinin uzadılması, güzəşt edilməsi, faizlərinin, cərimələrinin silinməsi həyata keçirilsin.
Bütün bu güzəştlər bağlanan bankların müştərilərinə də eyni qayda ilə şamil olunacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı sakini özünü 18 mərtəbəli binadan atdı - VİDEO
Tanınmış feministlər arasında qalmaqal - İanələr mənimsənilib?
"İnsanlar peyvənddən boyun qaçırsa, açılan sahələr də bağlanacaq" - Deputat
Generalın bacanağı məhkəmə zalında həbs olundu - Təfərrüat
Sürücünü vuran sərnişin üzr istədi - VİDEO