“Express Bank”ın hesabatında azalmalar müşahidə olunur. Bunun səbəbi isə mətbuatda yer alan bəzi neqativ yazıların olduğu istisna edilmir. Məsələn, 2018 -ci ilin sentyabr ayında ölkə başçısının vəzifədən azad etdiyi “Azərenerji”nin sabiq prezidenti Etibar Pirverdiyevdən sonra olanlar oldu, səhmlər satıldı, alındı, mətbuatda bununla bağlı onlarla yazılar çıxdı və bank müştərilərini itirməyə başladı.


“Kommersant.az” xəbər verir ki, E.Pirverdiyevin vəzifədən azad olmasından sonra bankın üstünə qara buludlar çöküb və bu buludların yaxın dövrlərdə dağılacağı görünmür.

Sabir prezidentin qaynı Hikmət Xammədov “Express Bank”ın 16%-ə yaxın səhmdarıdır. E.Pirverdiyev vəzifədən azad olunanda mətbuatda onu alqı-satqı əməliyyatında H. Xammədov təmsil etdiyi bildirilsə də bu məlumat bank tərəfindən təkzib edilməmişdi. Bundan başqa H. Xammədov “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” ASC-nin 98,5 faizinin də sahibidir. Ona məxsus olan səhmlərin sayı isə 375,124 ədəd olub.

E.Pirverdiyevin vəzifədən azad olunmasından cari ilin 2-ci rübünə qədər olan göstəricilərdə ciddi müştəri itkisi müşahidə olunur:

Express Bank 2018 (IV rüb) 2020 (II rüb) Fərq
Cəmi Aktivləri 395,204 300,535 (- 94,669)
Cəmi Öhdəlik 275,856 179,249 (- 96,607)
Cəmi Kapital 119,348 121,286 + 1,938
Kredit 222,188 215,815 (- 6,373)
Depozit 233,147 126,276 (- 106,871)
Faiz Gəliri 31,708 20,412 (- 11,296)
Faiz Xərci 8,875 4,411 (- 4,464)
Xalis Faiz Gəliri (zərəri) 2,155 16,001 + 13,846
Qeyri-Faiz Gəliri 12,789 6,120 (- 6,669)
Qeyr-Faiz Xərci 8,262 16,284 + 8,022
Əməliyyat Mənfəəti (zərəri) 4,528 5,837 + 1,309
Xalis Mənfəət (- 23,755) 4,152 + 27,907
Məcmu kapital 114,829 117,503 + 2,674

Göründüyü kimi E.Pirverdiyevin vəzifədən azad olunmasından bu rübə qədər bank 106 milyon 871 min manat depozit itirib. Eynilə 6 milyon 373 min manatlıq itki də kredit portfelində müşahidə olunub. Bankın o dönəmdən cari ilin 2-ci rübünə qədər olan hesbatında cəmi aktivləri, öhdəlikləri, faiz və qeyr-faiz gəlirləri ciddi şəkildə azalıb.

Qeyd edək ki, “Express Bank”ın ən böyük səhmləri isə “Azenco Group” MMC-yə məxsusdur. Bankda nizamnamə kapitalının 48,8%-i “Azenco Group” MMC-yə məxsus olsa da ötən ilin sonlarında MMC 8%-dən çox hissəsini satıb. MMC hazırada “Express Bank”da 40%-dən çox hissəyə sahibdir.

Xatırladaq ki, “Azenco Group” MMC Sumqayıt Texnologiya Parkının (STP) təsisçisidir. Ötən ilin Noyabr ayında STP-nin nizamnamə kapitalı 225 milyon 870 min 346 manat səviyyəsində müəyyən edilib.

Bankın mövqeyini dərc etməyə hazırıq.

Ardı var…