ETSN balıq ovuna görə dövlət rüsumlarını açıqladı
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və daxili su hövzələrində balıq ovlamaq üçün verilən kvota və balıqovlama biletləri ödənişlidir və qiymətlər Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il 146 №-li qərarı ilə tənzimlənir.
Bu barədə Minval.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
İ.İbrahimovanın sözlərinə görə, bir ton kütüm, şamayı, xəşəm, xərçəngkimi balıq növlərinin ovu üçün 287 manat, çəki, sıf növləri üçün 230, siyənək 143,75, kilkə 57,50, kefal, çapaq, külmə, qarasol və digər balıq növləri üçün 115 manat ödəniş edilməlidir:
“Хarici vətəndaşlar göstərilən balıq növləri üçün müəyyən edilmiş qiymətlərin iki qatını ödəməlidir. Kvota və balıqovlama bileti ETSN-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən elektron qaydada verilir”.
ETSN rəsmisi bildirib ki, Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli 613 №-li qərarı ilə 2018-ci il üçün Xəzər dənizində 3454,9, daxili su hövzələrində 205,1, ümumilikdə 3660 ton həcmində müxtəlif növ balıqların ovlanmasına icazə verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu dövlət qurumunda 926 nəfər işdən çıxarıldı
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Penitensiar xidmətə 39 yeni avtomobil alınıb
Novruz bayramı ərəfəsində əfv sərəncamı gözlənilir
Model olmaq istəyən qız qadın alverinin qurbanı oldu - VİDEO
Bakı metrosunda koronavirusla bağlı yeniliklər
Uşaq üçün konfet aldı, içindən dəmir parçası çıxdı