Estetik əməliyyatlardan sonra tanınmaz hala düşən məşhurlar - FOTOLAR
Amanda Lapor
Ötən əsrin 90-cı illərində Fransanın ən məşhur modellərindən biri olan Amanda Lapor ilk estetik əməliyyatını 2004-cü ildə reallaşdırıb. Cizgi film obrazı olan Jessika Rabitə bənzəmək həvəsi ilə əməliyyatına 400 min dollar xərcləyən model bir müddət sonra inanılmaz hala düşüb. Zamanla üzünün müxtəlif yerlərində şişliklər əmələ gələn məşhur modelin estetik əməliyyatının uğursuz keçdiyi məlum olub.

Mikaela Romanini
8 ildə estetik əməliyyatlara 200 min dollar xərcləyən film ulduzu Mişel Romani uğursuzluğa düçar olan məşhurlardan biridir. Ən son Fransada keçirdiyi bərbad əməliyyatdan sonra tanınmaz hala düşən aktrisa uzun müddət efirlərdə görünməkdən imtina edib.

Bülənt Ərsoy
Gəncliyində olduqca uğurlu olan cinsiyyət dəyişdirmə əməliyyatından sonra gözəl bir qadına çevrilən türkiyəli məşhur müğənni Bülənt Ərsoyun estetik əməliyyatlarda isə bəxti heç də gətirməyib. Keçirdiyi estetik əməliyyatlar zamanı üzü olduqca faciəvi dəyişimə məruz qalan ifaçı qəribə görüntüsü ilə hər kəsi şoka salıb.

Maykl Cekson
Uşaqlıqdan bəri burnunun iri olmasını kompleksə çevirən, bir zamanlar ABŞ pop musiqisinin məşhur simalarından Maykl Cekson keçirdiyi silsilə burun əməliyyatları ilə uğursuzluğa düçar olan məşhurlar arasında yer alıb. Estetik əməliyyatlarla təkcə burnunu deyil, cild rəngini də dəyişdirən sənətçi olduqca tanınmaz hala düşmüşdü. 2009-cu ildə gözlənilməz şəkildə vəfat edən ifaçının ölüm səbəbləri arasında keçirdiyi estetik əməliyyatların səhətinə etdiyi təsirlərin də olduğu bildirilir.

Donatella Versacci
Dünyaca məşhur modelyer Donatella Versacci keçirdiyi uğursuz əməliyyat zamanı olduqca qorxulu simaya sahib olub. Etdiyi botoks, dodaqşişirtmə əməliyyatları zamanı üzü sürətlə dəyişən modelyer “mumiyaya” bənzər görünüşü ilə hər kəsi heyrətləndirməyi bacarıb.

Silvester Stalone
Estetik əməliyyat qurbanları arasında məşhur aktyor Silvester Stalone də yer alıb. 69 yaşlı aktyor üzündəki qırışıqları gizlətmək üçün etdiyi əməliyyatın uğursuz baş tutması nəticəsində olduqca qəribə görkəmə düşüb. Bir zamanların yaraşıqlı film ulduzu olan Silvester Stalone verdiyi müsahibələrdə keçirdiyi əməliyyatlardan dolayı peşman olduğunu dilə gətirib.

Nazim Hacıyev
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ