Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti görüşəcək
Baku.ws-ın məlumatına görə, “Sülh körpüsü” təşəbbüsünün beşinci görüşü Ermənistanda başlayıb. Bu görüşdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin ümumilikdə 60 nümayəndəsi iştirak edir.
Görüş çərçivəsində 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması istiqamətində müzakirələr aparılacaq. İkitərəfli dəyirmi masa müzakirəsi noyabrın 26–27-də keçirilməsi planlaşdırılır.
Bu müzakirələrdə iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlıq, ticarət və bağlantı marşrutlarının yaradılması imkanları, humanitar məsələlər, gənclərlə iş və təhsil sahəsi əhatə olunacaq.
Həmçinin, iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri də müzakirə ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qarabağda böyük layihə: 17.5 milyonluq memorial kompleks tikiləcək
Qarabağ və Şərqi Zəngəzurda 100-dən çox kəndin planlaşdırılması tamamlanıb
Qarabağ bölgəsində 10 mindən çox ev təbii qazla təmin edilir
Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır
Gəncəyə ikinci raket hücumunun altıncı ildönümü
Qarabağ ərazisinin mina təmizləmə prosesi nə vaxt bitəcək
27 Sentyabrın mesajı: 44 günlük müharibə Azərbaycanın taleyini necə dəyişdi