16.04.2021 - 14:39
Foto
2 baxış
Ermənistanın Gəncəni bombalaması zamanı çəkilən foto Türkiyədə “İlin media fotosu” seçilib
Türkiyədə media sahəsində ən məşhur mükafatlardan olan “İlin media fotosu” müsabiqəsinin qalibi məlum olub.
“Report” “Sabah”a istinadən xəbər verir ki, Ermənistanın Gəncəni bombalaması zamanı yaxın qohumunun ölümü xəbərini alan qadının fotosu “İlin media fotosu” mükafatına layiq görülüb.
Fotonu Türkiyənin “Sabah” qəzetinin əməkdaşı Uğur Yıldırım çəkib. Bundan başqa, onun İkinci Qarabağ müharibəsi zamanı çəkdiyi fotolar fotoreportaj kateqoriyasında “İlin fotoreportajı ikincisi”, Şuşanın işğaldan azad olunmasından sonra insanların keçirdiyi sevinc hisslərinin əks olunduğu foto isə “Xarici türklər özəl mükafatı”na layiq görülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
06.02.2026 - 14:54
Ukraynada korrupsiya qalmaqalı böyüyür
19.11.2025 - 17:17
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
19.11.2025 - 16:38
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
19.11.2025 - 15:12
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
19.11.2025 - 15:05
Lavrov xəstəxanaya YERLƏŞDİRİLDİ
19.11.2025 - 14:59