Ermənistanda nazirlərin kütləvi istefası gözlənilir
Ermənistanda yüksək səviyyəli məmurların kütləvi istefası davam edəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Baş Nazirin müavini Mqer Qriqoryan, Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, Müdafiə naziri David Tonoyan, Fövqəladə Hallar naziri Feliks Çolakyan, Ərtaf mühit naziri Erik Qriqoryan, eləcə də İqtisadi İnkişaf Nazirliyi və Dövlət Gəlirlər Komitəsinin rəhbəri öz postunu tərk edə bilər.
Qəzet yazır ki, Baş Nazir Nikol Paşinyan ABŞ səfərindən sonra Sosial Birlik məsələlərinə məsul nazirləri vəzifələrindən azad etməyi planlaşdırır. Söhbət Səhiyyə naziri Arsen Torosyan, eləcə də Əmək və sosial işlər naziri Zaruhi Batoyandan gedir.
Nəşr qeyd edir ki, Ermənistan Milli Məclisində də dəyişiklik gözlənilir.
Xatırladaq ki, bir nüçə gün öncə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan və Ermənistan polisinin rəisi Valeriy Osipyan istefa verib.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək