Ermənistan polislərinin xisləti - Onlar Xankəndində boş qalmış evləri talan edirlər - FOTO
“Polislərimiz Xankəndində evini qoyub qaçan vətəndaşların evini talamaqla yaxşı məşğul olurlar”.
Musavat.com xəbər verir ki, bu sözləri Nune Qasparyan adlı sosial şəbəkə istifadəçisi yazıb.
O, Ermənistan polisinin xislətini şəffaflığı ilə ortaya qoyan paylaşım edib:
“Bizim (erməni – red.) yaşlı qadın Xankəndində balkonundan üzərində Azərbaycan və rus dillərində “xoş gəlmisiniz” yazılmış plakat asıb ki, azərbaycanlılar şəhərə daxil olanda ona toxunmasınlar. Necə olmasa, qorxu üstün gəlib. Bizim “şanlı” polislərimiz isə mülki geyimdə evə daxil olublar. Qadını sürüyərək küçəyə çıxarıb döyməyə başlayıblar.
Nune Qasparyan qeyd edib ki, erməni polislər vətəndaşların boş qalmış evlərindən oğurluq edirlər:
“Polislərimiz Xankəndində evini qoyub qaçan vətəndaşların evini talamaqla yaxşı məşğul olur. Bizim “hər şeyi bilən” Araik onları qəhrəman kimi təltif etsə, təəccüblənmərəm”.
![]()
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı