Ermənistan dronlar alır: müharibə hazırlığı? Hərbi ekspertlə CANLI
Ermənistan 44 günlük müharibədə darmadağın edilmiş işğalçı ordusunu bərpa etməyin yollarını axtarır.
“DNA İndia” nəşri yazıb ki, Ermənistan daha çox Hindistan silahları almaq istəyir. Xəbərdə Ermənistan hərbi nümayəndə heyətinin Hindistana son səfəri zamanı əldə etmək istədiyi silahların siyahısını hindli rəsmilərə verdiyi qeyd olunub. Nəşr qeyd edir ki, müharibə Rusiya hərbi texnikasının Türkiyə silahlarına, xüsusilə Bayraktar pilotsuz aparatlarına qarşı nə qədər yararsız olduğunu göstərdi.
Siyahı haqqında çox az şey bilinsə də, ermənilərin ən çox dronların alınmasında maraqlı olduğu üzə çıxıb.
Adının çəkilməsini istəməyən Ermənistan rəsmisi “Qarabağdakı müharibə bizi müdafiə ehtiyaclarımıza yenidən baxmağa məcbur etdi” deyə bildirib. Ermənistanın Hindistanın hərbi texnikasına ilk dəfə maraq göstərmir. 2020-ci ildə rəsmi İrəvan Hindistanla 4 ədəd “SWATHI” radarı üçün 40 milyon dollarlıq müqavilə imzalayıb. TVMusavat-ın canlı efirində hərbi ekspert Azad İsazadə ilə son prosesləri müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
https://www.youtube.com/watch?v=3eEU677eooE
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Duda: "Polşa “Leopard 2” tanklarını Ukraynaya göndərilməyə hazırdır"
Hərbi xidmətə çağırılanların NƏZƏRİNƏ
Ukraynada döyüşən çeçenlərin sayı açıqlanıb
Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb
“Milçək kimi qırılırıq” - Rusiyanın bu kəndində çağırışçı qalmayıb
Azərbaycan müdafiə xərclərini artırır