Ermənilər Los-Ancelesdə türklərin kafesinə hücum edib, dağıtdılar
Bu gün ABŞ-ın Los-Anceles şəhərində bir qrup erməni türklərə məxsus “İstanbul Kafe”yə hücum edib.
Musavat.com bildirir ki, bu barədə Los-Ancelesdə yaşayan azərbaycanlı prodüser və yazar Sevinc Səfərova öz “Facebook” səhifəsində məlumat yayıb. Məlumatda qeyd olunur:
“Bu gün erməni vandalları Los-Ancelesdə yerləşən “İstanbul Cafe”yə hücum ediblər!
Bir neçə gün öncə zənglərnən hədə-qorxu gəliblər, bu gün isə hücüm çəkib hər yeri dağıdıblar!
Bu terroçuların qarşısını dövlət səviyyəsində almaq lazımdır. Hər bir Türk üçün çox inanılmaz dövran yaşanır! Bu da ABŞ. Məgər demokratiya vandalizm demekdir?! Bunlar bu qədər öz başına hərəkətlər edə bilir! Kütləvi şəkildə bunu bəyan etməli və həllin tapmalıyıq!”.
Qeyd edək ki, artıq bir neçə gündür ABŞ-ın Los-Anceles, Kanadanın Toronto, Monreal şəhərlərində ermənilərin azərbaycanlılar və türklərə hücumlar həyata keçirdiyi barədə məlumatlar yayılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lavrovun Qarabağla bağlı açıqlamasında iki mühüm məqam
"Çimərliklər açılmalıdır, camaat dənizdə öpüşməyəcək ki..." - Rəşid Mahmudov
Tramp: "ABŞ İrana yeni sanksiyalar tətbiq edəcək"
Türkiyədə dollar tarixi rekord vurdu
Azərbaycanda hakim işdən çıxarıldı - SƏBƏB
Prezidentin köməkçisi jurnalistlərə müraciət etdi