Erməni Rusiyanın keşmiş xüsusi təyinatlısını qətlə yetirdi və...
Ermənistan vətəndaşı Rusiya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Nikita Belyankini qətlə yetirməkdə şübhəli bilinir.
AZƏRTAC xəbər verir ki, iyunun 1-də gecə Moskva vilayətinin Krasnoqorsk rayonunda xüsusi xidmət orqanlarının Suriyada döyüşmüş keçmiş əməkdaşı 24 yaşlı Nikita Belyankin qətlə yetirilib. O, axşam evə qayıdarkən qonşuluqdakı barlardan birinin qarşısında bir qrup adamın bir nəfəri döydüyünün şahidi olub. Belyankin düşünmədən təklənmiş şəxsi müdafiə etməyə çalışıb. Kütlənin ona qarşı gəldiyini görən Nikita üstündə olan travmatik tapança ilə göyə xəbərdarlıq atəşi açıb. Lakin davada iştirak edənlərdən biri onu ürəyindən ölümcül yaralayıb. Nikita yerindəcə keçinib.
Bu hadisə Rusiyada böyük əks-səda doğurub. Nikitanın hərbçi dostları hadisə yerinə gələrək istintaqın gedişinə kömək edirlər. Araşdırma zamanı məlum olub ki, Nikita Belyankinin ürəyindən ölümcül bıçaq zərbəsi vuran Ermənistan vətəndaşıdır. Keçmiş hərbçinin atasının sözlərinə görə, o, hadisənin baş verdiyi gecə Rusiyanı tərk edərək Ermənistana qaçıb. Cinayət işinin istintaqı davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək