21.04.2021 - 16:54
Siyasət
21 baxış
Erkin Qədirli AŞPA-da Navalnını dəstəkləyib
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Erkin Qədirli Rusiya müxalifətinin lideri Aleksey Navalnının işi üzrə hazırlanmış hesabatın lehinə səs verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə millət vəkilinin təmsil etdiyi REAL partiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, hesabat qurumun Hüquq Komitəsində müzakirə edilib. Sənədlərdə Rusiya tərəfinin Navalnını buraxmağa və onunla bağlı Avropa Məhkəməsinin qərarını tam icra etməyə çağırılır. Hesabat və ondan irəli gələn qətnamə layihəsi plenar iclasda da səsverməyə çıxarılacaq.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti yaxın keçmişdə Rusiyanın əleyhinə olan heç bir sənədi dəstəkləməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
19.09.2026 - 10:24
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
19.09.2026 - 09:21
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
18.09.2026 - 20:38
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
18.09.2026 - 19:14
Paşinyanın maaşı 80% artdı!
18.09.2026 - 16:26
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
18.09.2026 - 15:30
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi
18.09.2026 - 11:11
Gürcüstan DTK-nın yeni rəhbəri: Tamaz Boraşvili
18.09.2026 - 09:33