Enerjisi bitən “Tesla” təqib zamanı polisi yarı yolda qoydu
ABŞ-ın Florida ştatında cinayətkarı təqib edən “Tesla” markalı polis avtomobili yolda qalıb.
“Lenta.ru” xəbər verir ki, buna səbəb avtomobilin batareyalarının enerjisinin bitməsi olub.
Santa Klara şəhərində bir polis əməkdaşı cinayət şübhəlisini təqib edib. Polisin dayanma tələbinə əməl etməyən şübhəli isə sürətlə uzaqlaşmaq istəyib. Batareyanın cəmi 9 kilometr məsafə dözə biləcəyini xidmətdəki yoldaşlarına bildirən polis izləməni onların davam etdirmələrini istəyib.
Avtomobilin hansı səbəbə görə növbədən əvvəl tam doldurulmadığı bəlli deyil. Yerli polis bölməsindən isə bildiriblər ki, hərdən belə hallar yaşanır. Çünki xidmətdən qayıdan polislər batareyanı doldurmağa gərək duymurlar.
Qeyd edək ki, Kaliforniya polisindən “Tesla” elektromobillərinin yarımillik sınaq müddətində istifadə edildiyi və müəyyən məlumatların toplandığı haqqında açıqlama verilib.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək