03.09.2018 - 12:38
Vacib 17 baxış

Elmar Vəliyevin daha bir kadrı işdən çıxarıldı - SON DƏQİQƏ

Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov Elmar Vəliyevin köməkçisini tutduğu vəzifəsindən azad edib.

Minval.info unikal.org-a istinadən xəbər verir ki, Niyazi Bayramovun müvafiq əmrinə əsasən, Hacızadə Tural Yaşar oğlu icra başçısının köməkçisi vəzifəsindən azad edilərək, İnformasiya təminatı və təhlili sektoruna aparıcı məsləhətçi vəzifəsinə təyin edilib.

N.Bayramovun digər əmrinə əsasən, Kamran Məhərrəmov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsinə təyin olunub.

Sözügedən xəbəri Gəncə Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.

Qeyd edək ki, K.Məhərrəmov bundan əvvəl də Niyazi Bayramovun Mingəçevir İcra Hakimiyyətində köməkçisi olub.

Minval.info

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: