11.04.2019 - 12:35
Vacib 41 baxış

“Elina ilə danışan icra başçısının müavinidir” – Röya özünü gizli saxlayan məmuru ifşa etdi

Əməkdar artist Röya Ayxan 162 saylı məktəbdə intihar edən Elina Hacıyeva ilə bağlı paylaşım edib.

“Minval.info” xəbər verir ki, müğənni instaqram səhifəsində məktəblinin intihardan sonrakı videosunu yayıb.

Röya qeyd edib ki, E. Hacıyeva ilə söhbət edən xanım Səbail rayon İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini Xalidə Bayramovadır: “Əgər müğənnilik və eşitmə duyumuma güvənirəmsə, bu, çoxlarının tanıdığı Xalidə xanımın səsidir. Ay gözəl xanım, bu sualın yeri idi? Uşağı sürücünüzlə xəstəxanaya çatdırmaq əvəzinə şəraiti soruşursuz. Mən də belə böyüdüm, 5-ci sinifdə məktəb direktorunun ayaqqabısını geyinib dərsə getdim. Çox şükür ki, ona və o günə… Boşanan ailənin qızı idim. Şükür ki, bu sualları yağdırana əyilmədim. Bəyənməsələr də, ayaqda qalıb şəxsiyyət oldum. Amma hamı güclü deyil. Baxmayaraq ki, hərdən buna siz bizi məcbur edirsiz”.

“Qafqazinfo” məsələyə münasibət öyrənmək üçün Xalidə Bayramova ilə əlaqə saxlayıb. O bildirib ki, hazırda intihar hadisəsiylə bağlı istintaq gedir: “Bu səbəbdən geniş danışmaq istəmirəm”.

Xalidə Bayramova
Xalidə Bayramova

İcra başçısının müavini bildirib ki, istintaqdan sonra lazım gələrsə, bu barədə danışacaq.

 

View this post on Instagram

 

Eger mügennilik ve eşitme duyumuma güveniremse bu coxlarının tanıdıgı Xalide xanımın sesidi Sabail rayon icra bashcisi muavinidi ay gözel xanım bu suaaların yeri idi?? Uşaqı sürücünüzle xestexanaya catdırmaq evezine şeraiti soruşursuz…. mende bele böyüdüm 5 ci sinifde mekteb direktorunun ayaqqabısını geyınıb derse getdım cox şükür ona ve o gune ve boşanan ailenin qızı idim cooox şükür olsun bu suüallar yagdırana eyilmedim beyenmeselerde ayaqda qalıb şexsiyyet oldum ama hamı güclü deyil !!! Baxmayaraq herden buna siz bzii mecbur edirsiz!!

A post shared by Röya (@royaofficial) on

Açar sözlər: #Röya
Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: