“Elə bil prokurordur, ittiham edir bizi” - Prezident
“Orada cəmi 5-6 təyyarə aeroportda qalıb. Bunu hər dəfə sual verirlər. Ermənistana da sual verin də. Sual verin o silahları onlara verənlərə”.
“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində “F-16”larla bağlı xarici jurnalistlərin suallarından danışarkən deyib.
“O silahları istehsal edən ölkələrin vətəndaşları bilirlərmi ki, onların bir ay ərzində nə qədər pulu batıb? Biz onların nə qədər silahını məhv etmişik. Bir dənə də jurnalist bu sualı mənə vermir. Maraqlı deyilmi? Maraqlıdır.
Azərbaycan xalqı görür ki, mən bütün suallara necə lazımdır cavab verirəm. Onların səviyyəsinə də düşmürəm heç vaxt, necə lazımdır cavab verirəm və susurlar. Çünki cavab verə bilmirlər, deyirəm get güzgüyə bax. Sən bura gəlmisən bizi ittiham etməyə. Sual vermir, elə bil prokurordur, ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür. Mən onlarla mülayim tərzdə danışıram, bundan istifadə edirlər”, -deyə dövlət başçısı bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Trampdan İrana ən sərt xəbərdarlıq: "Hörmüzdə hücum olsa, cavab ağır olacaq"
İsrailli nazir: Türkiyə ilə hərbi qarşıdurma sabah da baş verə bilər
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar