Ekspertdən şok: "Rusiyanın hərbi bazasında partlayan nüvə reaktoru olub..."
Rusiyanın şimalındakı hərbi bazadan buraxılan barium, stronsium və lantan izotopları burada nüvə reaktorunun partladığını göstərir, Moskvanın iddia etdiyi kimi raket mühərriki üçün yanacaq mənbəyinin, yaxud raketin deyil.
Bunu Norveçdən nüvə təhlükəsizliyi eksperti deyir.
“Barium və stronsium kimi izotoplar nüvə zənciri reaksiyasından yaranır. Bu, nüvə reaktorunun partlamasının sübutudur”, – Norveçdə işlənmiş nüvə yanacağının təhlükəsiz idarə olunmasını öyrənən hökumət agentliyindən Nils Bohmer deyib.
Arxangelsk regionunda avqustun 8-də baş vermiş qəzada azı beş nəfər həlak olub. Rusiya hakimiyyətinin bildirməsinə görə, uğursuz sınaq “maye yanacaqlı mühərrik bölümündə izotop mənbəyi”ni əhatələyib.
Ancaq Bohmer deyir ki, əgər mühərrikdə “izotop mənbəyi” partlasaydı, Rusiya dövlət hava agentliyinin avqustun 26-da bildirdiyi kimi, havada qısaömürlü izotopların qarışığı aşkarlanmazdı.
Bu ayın əvvəlində baş vermiş qəzadan sonra rəsmilər radiasiya səviyyəsində yüksəliş qeydə alıblar və bu da atmosferin çirklənməsi sarıdan narahatlıq yaradıb.
Rusiya rəsmiləri nikbindir
“Mən tamamilə nikbinəm və həm avqustun 8-də, həm də hal-hazırda Arxangelsk regionunda yaşayanların həyatı və səhhətinə hər hansı təhlükənin olmadığını təsdiqləməyə əsasım var”, – Interfax avqustun 26-da regionun qubernatoru Igor Orlov-a istinadla yazıb.
ABŞ-ın bəzi rəsmiləri qəzanın radioaktiv elementləri əhatələməsinə inandıqlarını söyləyiblər. Bir çox təhlilçilər isə diqqəti nüvə enerjili qanadlı raketə yönəldiblər. Prezident Vladimir Putin həmin raketin hazırlandığını ötən il elan etmişdi.
Rusiyanın nüvə monitorinqi stansiyaları niyə susur
Zəhərli raket yanacağı səbəbindən Ağ dəniz körfəzi çimmək və balıq tutmaq üçün bağlanıb. Burada həm gəmiqayırma limanı, həm də regionun paytaxtı Arxangelsk yerləşir.
Qəzadan sonra Severodvinsk şəhərində yaşayanların panik şəkildə yod alması haqda məlumatlar gəlib. Yod adətən qalxanvari vəzini radiasiyadan qorumaqdan ötrü istifadə olunur.
Rusiyanın dövlət xəbər agentliyi olan Rosgidromet-in bildirməsinə görə, qəzanın baş verdiyi Severodvinsk şəhərində radiasiyanın yüksəlməsinə izotopların dağılması nəticəsində formalaşmış inert radioaktiv qaz buludu səbəb olub.
Bu izotopların Stronsium-91, Barium-139, Barium-140 və Lantan-140 olduğu, uyğun olaraq 9,3 saat, 83 dəqiqə, 12,8 gün və 40 saat yaşadığı açıqlanıb.
azadliq.org
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ