“Ebola” haqqında ilk dəfə məlumat vermiş kəşfiyyatçı öldü
“Ebola” virusu haqqında ilk dəfə məlumat əldə etmiş sovet və Ukrayna kəşfiyyatının veteranı Anatoli Baronin iyulun 29-da 86 yaşında vəfat edib.
RBK xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin yaydığı məlumatda deyilir.
Məlumata əsasən, məhz A.Baronin 1970-ci illərdə Nigeriyada işləyəndə yeni təhlükəli xəstəlik – “Ebola” qızdırması barədə ilk dəfə məlumat əldə etməyə nail olub.
Bu qızdırmaya yoluxmuş qanın olduğu sınaq şüşələri “Aeroflot”un xüsusi reysi ilə təcili SSRİ-yə göndərilib. Almaniyanın “Ştern” jurnalı 1970-cı illərdə onu “casusluğun görkəmli ustadı” adlandırıb.
1932-ci ildə Moskvada anadan olmuş A.Baronin xaricdə üç dəfə sovet xarici kəşfiyyatının rezidenti işləyib. 1986-cı ildə Moskvada mərkəzi kəşfiyyat aparatında çalışıb. Xidmət göstərdiyi son beş ildə Ukrayna kəşfiyyatının sədr müavininin birinci müavini olub. 1991-ci ildə ehtiyata çıxıb.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Xatırladaq ki, “Ebola” virusu 1976-cı ildə Zair çayının deltasında aşkarlanıb. 2014-2016-cı illərdə irimiqyaslı epidemiya baş verəndə 28,6 min nəfər “Ebola”ya yoluxub, onlardan 11,3 mini ölüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək