Dünyanın ən zəngin avtomobil biznesmenlərinin adları açıqlandı
“Bloomberg” agentliyi avtomobil istehsalçıları və dillerlərinin səhmlərinə malik dünyanın ən zəngin insanlarının reytinq siyahısını hazırlayıb.
Ölkə.az bildirir ki, siyahının birinci pilləsində “Microsoft”un təsisçisi Bill Qeyts qərarlaşıb. Belə ki, onun “AutoNation” avtodillerinin səhm paketinin dəyəri 914,55 mln dollar və ya 105 mlrd dollarlıq şəxsi sərvətinin 0,9 faizini təşkil edir.
Reytinqdə ikinci mövqe “Tesla Inc” səhmlərinin ikinci ən böyük sahibi, “Oracle”ın təsisçisi Larri Ellisona məxsusdur. O, 730,77 mln – 1 mlrd dollarlıq səhm paketinə malikdir ki, bu da Ellisonun 58,5 milyard dollarlıq varidatının 1,3%-i deməkdir.
Siyahıda üçüncü yerin sahibi “Tesla”nın baş direktoru İlon Maskdır. Onun səhmlərinin dəyəri 8,3 milyard dollara müvafiqdir (yaxud 22 milyard dollarlıq sərvətinin 36,9%-i).
Dördüncü pillədə inşaat maqnatı Pallonci Mistrinin adı çəkilir. O, hind avtomobil istehsalı şirkəti “Tata Motors Ltd”nin 302,7 milyon dollarlıq səhmlərinə (19,7 mlrd dollarlıq sərvətinin 1,5%-i) malikdir.
Siyahıda 5-ci yeri Suzanna Klatten tutub. Onun BMW-yə aid səhmlərinin dəyəri 8,76 mlrd dollardır (sərvətinin, demək olar, yarısı).
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türk qırıcıları yunan baş naziri qorxuya saldı
Restoranda yer ayırdıb getməyənlər cəzalandırılacaq
Canlı yayımda sevgilisini öldürdü - VİDEO
Yupiterin 12 yeni peyki kəşf edildi — Asteroidlə toqquşmadan yaranıb
Ukraynada hücumlar zamanı 167 uşaq ölüb
Çexiya Səhiyyə Naziri: “Çexiya normal həyata geri dönə bilər”
Poroşenkoya yersiz sual verən jurnalist işdən çıxarıldı