Dünyanın ən yaxşı universitetləri açıqlandı
Dünyanın ən yaxşı universitetlərinin siyahısı açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, İngiltərənin “Times Higher Education” (THE) jurnalının təqdim etdiyi siyahıya 500 universitet daxil edilib.
Reytinq siyahısı tərtib edilən zaman təhsil müəssisələrinin elmi tədqiqatları, beynəlxalq araşdırmaları, gəlir artımı və digər amillər nəzərə alınıb.
Siyahıya İngiltərənin Oksford Universiteti başçılıq edir. Sözügedən ali məktəb dörd ildir ki, dünyanın ən yaxşı universiteti seçilir. İkinci sırada Kaliforniya Texnologiya İnstitutu (ABŞ), üçüncüdə isə Kembric Universiteti (Böyük Britaniya) qərarlaşıb.
Builki siyahının hazırlanmasında 92 ölkədən 1420 universitetin göstəriciləri nəzərdən keçirilib. Siyahıya ABŞ-dan 60, İngiltərədən 28, Almaniyadan 23 və Avstraliyadan 11 universitet daxildir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək