Dünyanın ən təhlükəli şəhərləri: Oğurluq, baş kəsmə, qaçırma, narkotik... - FOTOLAR
Keyptaun, CAR
Cənubi Afrika Respublikasının ən böyük şəhərlərindən biri olan Keyptaun xüsusilə turistlər üçün olduqca təhlükəli şəhərlərdən biri sayılır. Müasir və zəngin görünüşünün əksinə olduqca kasıb və aşağı səviyyəli həyat tərzi sürən insanların yaşadığı Keyptaun oğurluq, cinayət kimi hadisələrin tez-tez baş verdiyi şəhərdir. Əcnəbi qonaqların tez-tez hücumlara məruz qaldığı şəhərdə təhlükəsizliyin təmin olunmasında olduqca böyük problemlər yaşanır.
Qvatemala, Qvatemala
Karip dənizi sahillərində yerləşən Qvatemala dövlətinin eyniadlı paytaxtında hər gün yüzlərlə qətl, narkotik vasitə satışı və oğurluq hadisələri qeydə alınır. Şəhərdə fəaliyyət göstərən çoxsayılı cinayətkar qruplar, polis sisteminin zəif işləməsi bu cür halların baş verməsinin əsas səbəbidir.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Rio-de-Janeyro, Braziliya
Dünyada ən çox təcavüz sayının qeydə alındığı Rio-de-Janeyro Cənubi Ameriknın ən təhlükəli şəhərlərindən biridir. Şəhərin “Favela” adlandırılan ərazisinə polisin və kənar şəxslərin girə bilməməsi bu bölgəni mafiyaların, narkotacirlərin, qadın alverçilərinin “yuvasına” çevirib. Braziliya hökuməti kütləvi cinayətlərə və narkotik vasitə dövriyyəsinə qarşı mübarizə aparsa da, şəhərdə bu cür hadisələrin baş verməsi adi hal kimi qəbul olunur.
Karakas, Venesuela
2015-ci ildə dünyada ən çox ölüm faktının qeydə alındığı yer olan Karakas şəhəri yüksək işsizlik göstəricisi, kütləvi oğurluq hadisələri və ucuz narkotik vasitə satışı ilə təhlükəli şəhərlər arasında “liderlərdən” biridir. Polis sayının olduqca az olması və korrupsiya şəhəri hər ötən gün daha da təhlükəli edir.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
Kabil, Əfqanıstan
Terror aktlarının tez-tez baş verdiyi Kabil şəhərində ictimai təhlükəsizliyin təmin olunması mümkünsüz hal kimi qəbul olunur. Xüsusilə qərb ölkələrindən gələn vətəndaşlara qarşı olduqca nifrət dolu münasibətin olması şəhəri turistlər üçün olduqca təhlükəli edir. Bunun səbəbi isə ölkədə fəaliyyət göstərən ABŞ ordusunun yerli xalqa qarşı tez-tez əl atdığı şiddət hadisələridir.
Bağdad, İraq
Mərkəzi hakimiyyətin zəif olması, hər gün baş verən terror aktları, məzhəb qarşıdurmaları kimi faktorlar İraqın paytaxtı Bağdadı dünyanın ən təhlükəli şəhərlərindən biri etməsi üçün kifayətdir. “İŞİD”, “Əl-Qaidə” kimi terror təşkilatlarının müntəzəm olaraq həyata keçirdiyi terror aktları zamanı hər gün onlarla insanın həyatını itirdiyi şəhərdə səfalət, içməli su çatışmamazlığı, elektrik kəsintisi kimi problemlər illərdir ki, davam edir.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Nazim Hacıyev
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək





