Dünyanı iki fərqli göz rəngi ilə görən qardaşlar
Türkiyənin Bursa şəhərində yaşayan iki qardaşın göz rəngi görənləri heyrətə salır. Belə ki, qardaşlar tibdə “Heteroxromiya” adlanan göz rənglərinin fərqliliyi ilə diqqət çəkirlər.
Medicina.az bildirir ki, 11 yaşlı Səlman və 4 yaşlı Kərəmin bir gözü mavi, digəri isə qəhvəyi rəngdədir. Uşaqların atası bildirib ki, böyük oğlu doğulduqdan bir neçə ay sonra onun gözündəki fərqliliyi hiss ediblər.
Uşağı görənlər bunun 6 aydan sonra düzələcəyini bildiriblər. Lakin Səlmanın göz rəngi dəyişməyib. Daha sonra ailənin digər oğlu da eyni fərqliliklə dünyaya gəlib. Uşaqlar əvvəl fərqli rəngli gözlərinə görə narahat olsalar da, sonradan bu hala öyrəşdiklərini və fərqli olduqları üçün sevindiklərini bildiriblər.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Həkimlər tibdə belə hadisənin nadir rastlandığını qeyd ediblər. Lakin onların yaşı artdıqca xüsusilə mavi rəngli gözlərdə görmənin zəifləyəcəyini də vurğulayıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək