Dünyada sərvəti 100 milyard dollar olan üçüncü şəxsin adı açıqlandı
“Louis Vuitton Moët Hennessy” (LVMH) moda evinin sahibi, fransalı Bernard Arno tarixdə varidatı 100 milyard dollar həddinə çatmış üçüncü insan adını alıb.
Bloomberg-in məlumatına görə, hazırda Arnonun sərvəti 100,4 milyard dollar təşkil edir, son bir gündə o, 3 milyon əlavə gəlir əldə edib.
İlin əvvəlindən Arnonun aktivləri LVMH-nin aksiyalarının 43 faiz yüksəlməsi nəticəsində 32 milyard dollar artıb.
Bloomberg-in tərtib etdiyi milyarderlər siyahısında Arnonun adı üçüncü pillədə qərarlaşıb. Onun adını 106 milyard dollarla “Microsoft” şirkətinin sahibi Bill Geyts üstələyib. Dünyanın ən varlı adamı adı isə “Amazon” şirkətinin təsisçisi Ceff Bezosdur. Onun 119 milyard dolları var.
Forbes-in hesablamalarına görə isə Arnonun 97,3 milyard dollar, Bill Geytsin 102,4 milyard dollar, Bezosun isə 156,2 milyard dollar sərvəti var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ