Dünyada koronavirusa yoluxanların sayı 6,3 milyonu ötdü
Dünyada 376 mindən çox insan koronavirus pandemiyasının qurbanı olub.
Ayrı-ayrı ölkələrdə COVID-19 qurbanlarının sayı 376219 nəfərə çatıb. Virusun aşkarlandığı ölkələrdə daha 6340574 nəfər koronavirusla bağlı analizlərin müsbət nəticələrini alıb.
İnfeksiyaya yoluxmuş 2,88 milyondan çox pasiyent sağalıb.
Hazırda dünyada 3078044 insan aktiv koronavirus xəstəsi hesab edilir. Məlumata görə, COVID-19-a yoluxmuş 53415 pasiyentin vəziyyəti ağırdır.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
(Report.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi